17 Dekabr 23:42
10:11
882
ABŞ Cənub Komandanlığı Şərqi Sakit Okeanda narkotik daşıdığı güman edilən bir gəmiyə daha bir hücum təşkil etdiyini və nəticədə 4 kişi narko-terrorçunun öldürüldüyünü açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Karib dənizi və Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia edilən qayıqlara edilən hücumlarla bağlı yeni bir açıqlama yayıb. ABŞ Cənub Komandanlığı (SOUTHCOM) ABŞ müdafiə naziri Pit Heqsetin əmri ilə hərəkət edən Cənub Nizə Əməliyyatını həyata keçirən xüsusi qrupun "Terrorçu Təşkilat" kimi təyin edilmiş bir təşkilata məxsus bir qayığa daha bir hücum etdiyini açıqlayıb
. Qayığın narkotik kartelləri ilə əlaqələrinin vurğulandığı bəyanatda deyilir: "Təsdiqlənmiş kəşfiyyat məlumatlarına görə, qayıq Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu boyunca üzürdü və narkotik qaçaqmalçılığı ilə məşğul olurdu". Əməliyyat nəticəsində 4 kişi narko-terrorçunun öldürüldüyü və ABŞ hərbçiləri arasında heç bir itki və ya yaralanma olmadığı bildirildi.
Məryəm Quliyeva