17:11
532
Tayvanın şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsinin saytında məlumat verilib.
Departamentin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 19:32-də Hualien qraflığından 18 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin episentri 31,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Məryəm Quliyeva