18:05
791
“Bütün ermənilərin katolikosu II Qaregin keçmiş prezident Robert Köçəryan və “Daşnaksütyun”la birlikdə Nikol Paşinyan hökumətinə qarşı koalisiya yaradıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hasmik Akopyan deyib.
Deputatın sözlərinə görə, II Qaregin bütün müxalif siyasi qüvvələri son zamanlarda erməni kilsəsi ətrafında gedən proseslərə cəlb edib.
“Köçəryan, “daşnaklar” və digərləri prosesin içindədirlər. Görünən budur ki, siyasət kilsəyə daxil olub və kilsənin işlərinə qarışır. Ktriç Nersisyan (II Qaregon) Köçəryan, İşxan Saqatelyan (“Daşnaksütyun”un lideri) və digərləri ilə koalisiya qurub”, - Akopyan vurğulayıb.