İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib Dünya

İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib

İŞİD-in liderlərindən olan Mehmet Gören saxlanılaraq Türkiyəyə gətirilib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) sözügedən şəxsi Əfqanıstan-Pakistan sərhədindən saxlayıb və Türkiyəyə gətirib.

Faktla bağlı əlavə detallar açıqlanmayıb.