Orban: 2026-cı ildə Avropada müharibə başlaya bilər​​​​​​​ Gündəm

Orban: 2026-cı ildə Avropada müharibə başlaya bilər​​​​​​​

Macarıstanın Baş naziri Viktor Orban, Aİ liderlərinin təkidi ilə 2026-cı ildə Avropada müharibənin başlaya biləcəyindən narahat olduğunu açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bildirib.

Orban İkinci Dünya Müharibəsindən sonra Avropanın 80 il sülh içində yaşadığını, lakin indi vəziyyətin dəyişdiyini vurğulayıb: "Biz müharibəyə yaxınlaşırıq," - deyə o qeyd edib.

2025-ci ilin Avropada sülhün son ili olub-olmadığı barədə sualı cavablandırarkən Orban, "Bunun istisna edilə bilməyəcəyini" bildirib. Macarıstanın Baş naziri, 18-19 dekabr tarixlərində Brüsseldə keçirilən Aİ sammitində Ukraynadakı münaqişəni və Rusiya ilə qarşıdurmanı daha da şiddətləndirəcək qərarların qəbul edildiyini və təkliflərin irəli sürüldüyünü əlavə edib.

Məryəm Quliyeva