25 Dekabr 2025 11:41
1 939
Nigeriyada məscidə bomba hücumu nəticəsində beş nəfərin öldüyü bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Nigeriyanın şimal-şərqində, Borno əyalətinin Maiduguri şəhərindəki məsciddə axşam namazı zamanı intihar hücumu baş verib.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb.
Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başlatdığını açıqlayıb, lakin hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Məryəm Quliyeva