17:27
763
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, nazirlik rusiyalıları mütləq zərurət olmadığı təqdirdə, Almaniyaya səyahət etməkdən çəkinməyə çağırır.
Zaxarova qeyd edib ki, buna səbəb Almaniya hakimiyyəti tərəfindən Rusiya vətəndaşlarının hüquqlarının pozulmasıdır.