Rusiya XİN Ermənistanda müxaliflərin və din xadimlərinin təqib olunmasına münasibət bildirib Dünya

Rusiya XİN Ermənistanda müxaliflərin və din xadimlərinin təqib olunmasına münasibət bildirib

Ermənistanın müxalif düşüncəli şəxsləri "Rusiya təsir agentləri" adlandırmaq üçün hansı meyarlardan istifadə etdiyi anlaşılan deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Ermənistanda müxalifət xadimlərinin və din adamlarının təqibinin Rusiya və Rusiya kəşfiyyat xidmətləri ilə əlaqə ittihamları ilə müşayiət olunduğunu vurğulayıb.

"Bu şəxslərin ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını nəzərə alsaq, o zaman Baş nazir Paşinyan da Rusiya ilə münasibətlərin inkişaf etdirilməsindən danışır. Lakin əgər onlar sadəcə Rusiya "sousu" altında müxalifətlə hedablaşırlarsa, bu, artıq dostcasına hərəkət deyil", - Rusiya XİN sözçüsü qeyd edib.