"Trampın müharibənin dayandırılması cəhdi təkcə onun şəxsi yanaşması deyil" Dünya

"Trampın müharibənin dayandırılması cəhdi təkcə onun şəxsi yanaşması deyil"

ABŞ və Avropa İttifaqının faktiki təhriki ilə Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsi qlobal dünya üçün hərbi, siyasi-diplomatik və iqtisadi baxımdan son dərəcə ağır nəticələr doğurdu.

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, əlbəttə, prezident Donald Trampın bu gün ABŞ adından müharibənin dayandırılması cəhdi təkcə onun şəxsi yanaşması deyil, qlobal müstəvidə ABŞ-ın hərbi və iqtisadi nüfuzunun azalması, təsir rıçaqlarını itirməsi və zəifləməsi ilə bağlıdır:

"Rusiya–Ukrayna müharibəsi bu gün həm ABŞ-ı, həm də Rusiyanı hərtərəfli zəiflədir, Çin nümunəsində isə rəqiblər güclənir. Geosiyasi proseslər Böyük Britaniya, Almaniya və Fransa kimi Avropa ölkələrinin, eləcə də Türkiyənin qlobal oyunçuya çevrilməsini şərtləndirir. Eyni zamanda, Hindistan kimi iddialı regional və qlobal oyunçuların meydana çıxmasına şərait yaradır. Bu səbəbdən ABŞ Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına israr edir".

Cavid