12:39
588
Ukraynada ağır yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kiyev vilayət polisinə istinadən məlumat yayıb.
Kiyev-Xarkov avtomobil yolunda, İvankov kəndi yaxınlığında üç avtomobilin iştirakı ilə baş verən qəzada bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.
İlkin məlumata görə, marşrut avtobusunun sürücüsü qarşı zolağa çıxaraq 2 avtomobillə toqquşub.