
Yəmənin Prezident Şurası ölkədə 90 günlük fövqəladə vəziyyət elan edib.
APA ərəb mediasına istinadən xəbər verir ki, əlavə olaraq ölkənin hava, su və quru sahəsi 72 saat müddətinə bağlanıb.
Qeyd edək ki, bundan əvvəl Şura BƏƏ qüvvələrinin Yəməni tərk etmələrini tələb etmişdi.