İraq İran qazının olmaması səbəbilə enerji təchizatının azalacağı iddialarını təkzib edib Dünya

İraq İran qazının olmaması səbəbilə enerji təchizatının azalacağı iddialarını təkzib edib

İraq hakimiyyəti ölkədə İran qazının idxalının dayandırılması ilə əlaqədar elektrik enerjisinin verilişinin azaldılacağı barədə yayılan məlumatları təkzib edib.

Bu barədə İraq Elektrik Enerjisi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasında sosial şəbəkələrdə guya İran qazının tədarükündə fasilələr səbəbindən gündəlik elektrik verilişinin bir saat azaldılacağına dair iddiaların həqiqətə uyğun olmadığı vurğulanıb.

Qeyd olunub ki, İraqda istehsal olunan elektrik enerjisinin təxminən 70 faizi yerli yanacaq hesabına təmin edilir.