5 Yanvar 10:43
973
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-ın Venesueladakı əməliyyatı ilə bağlı şərh verməkdən imtina edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Takaiçi vurğulayıb ki, Yaponiya həmişə azadlıq, demokratiya və qanunun aliliyi kimi əsas dəyərlərə və prinsiplərə sadiq qalıb. Onun sözlərinə görə, ölkə hökuməti bu mövqeyə əsaslanaraq, Bolivar Respublikasında demokratiyanın bərpası və vəziyyətin sabitləşdirilməsi üçün tədbirlərin görülməsini təmin etmək məqsədilə G7 də daxil olmaqla, iştirak edən ölkələrlə əməkdaşlığı davam etdirəcək.
Siyasətçi əlavə edib ki, Yaponiya hökuməti Venesueladakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərir.
Məryəm Quliyeva