İtaliya Aİ-ni Qrenlandiyanı ABŞ-ın iddialarından qorumağa çağırıb Dünya

İtaliya Aİ-ni Qrenlandiyanı ABŞ-ın iddialarından qorumağa çağırıb

Avropa Qrenlandiyanın ABŞ iddialarından qorunmasını təmin etmək üçün mövqe tutmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani "RTL" radiosuna verdiyi müsahibədə bildirib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı müdafiə baxımından ABŞ-ın Qrenlandiyaya sahib olmasına ehtiyac duyur.

Onun sözlərinə görə, Çin və Rusiya gəmiləri artıq Danimarka adasını mühasirəyə alıb.

Məryəm Quliyeva