Pakistanda ağır avtobus qəzası: 5 nəfər ölüb Dünya

Pakistanda ağır avtobus qəzası: 5 nəfər ölüb

Pakistanın Pəncab əyalətində avtobus qəzasında ən azı beş nəfər ölüb, 24 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti xilasetmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, sərnişin avtobusu Ravalpindi şəhərindən Bahavalpur şəhərinə gedirmiş. Sürücü yolun dolama hissəsində hərəkət edərkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi təxminən 30 metr dərinliyindəki dərəyə düşüb. Hadisə Talagang kəndi yaxınlığında baş verib.
Xilasetmə əməliyyatı iki saatdan çox davam edib. Zərərçəkənlər xəstəxanaya aparılıb. Sürücü də daxil olmaqla beş nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məryəm Quliyeva