Türkiyə MN: Suriya Hələbdə terrorizmə qarşı əməliyyat keçirir Dünya

Türkiyə MN: Suriya Hələbdə terrorizmə qarşı əməliyyat keçirir

Türkiyə Müdafiə Nazirliyi Suriya ordusunun Hələb əyalətində antiterror əməliyyatına başladığını bildirib. Hazırda əməliyyat yalnız öz qüvvələri tərəfindən həyata keçirilir, lakin Ankara istənildiyi təqdirdə kömək etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə müdafiə nazirliyinin sözçüsü Ankarada jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Terror təşkilatının mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə hücumundan və nəticədə dörd nəfərin ölümündən və 18 nəfərin yaralanmasından sonra Suriya hökuməti ictimai asayişi və mülki təhlükəsizliyi təmin etmək üçün Hələbdə antiterror əməliyyatına başlayıb. Bu əməliyyat yalnız Suriya ordusu tərəfindən həyata keçirilir. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Türkiyə Suriyadakı hadisələri yaxından izləyir. Ölkəmiz Suriyanın birliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləyir. Bu kontekstdə, Suriyanın xahişi olarsa, Türkiyə lazımi dəstəyi verəcək." - deyib.

Məryəm Quliyeva