İsrail "Hizbullah" mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​ Dünya

İsrail "Hizbullah" mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

İsrail hərbçiləri Livan ərazisinə qarşı yeni zərbələr silsiləsinə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələrin hədəfi kimi şiə təşkilatı “Hizbullah”ın obyektləri göstərilir.

İsrail tərəfinin versiyasına görə, bu zərbələr “Hizbullahın atəşkəs razılaşmalarını davamlı şəkildə pozmasına cavab olaraq” endirilir.

Məryəm Quliyeva