13:30
854
Estoniya Ukraynaya qarşı müharibədə Rusiya tərəfdə iştirak etmiş 261 şəxsin ölkəyə girişini qadağan edib.
APA xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsahkna “X” səhifəsində bildirib.
“Rusiya tərəfindən başlanmış bu müharibədə iştirak edən yüz minlərlə döyüşçü vəhşiliklər edib, zorakılıq törədib. Belə şəxslərə Estoniyada və Şengen zonasında yer yoxdur” , - nazir qeyd edib.
Tsahkna bu qadağanın yalnız başlanğıc olduğunu vurğulayıb.
“Estoniya keçmiş Rusiya döyüşçülərinin ölkəyə daxil olmasının qarşısını almaq üçün işini davam etdirəcək və digər ölkələri də eyni siyasəti yürütməyə çağırırıq”, - nazir əlavə edib.