KİV: ABŞ ilə fikir ayrılığı NATO-ya alternativin yaradılmasına səbəb ola bilər Dünya

KİV: ABŞ ilə fikir ayrılığı NATO-ya alternativin yaradılmasına səbəb ola bilər

Avropa ilə ABŞ arasında Qrenlandiya ilə bağlı yaranan fikir ayrılığı NATO-ya alternativ bir ittifaqın yaradılmasına gətirib çıxara bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin köşə yazarı Gideon Rahman növbəti məqaləsində qeyd edib.

Onun fikrincə, Avropadakı bir sıra NATO üzvləri ABŞ Qrenlandiyaya hücum etsə belə, alyansın mövcudluğunu qorumağa çalışacaqlar.

Rahman hesab edir ki, əgər Aİ Vaşinqtonla əlaqələrini kəsərsə, Avropa ölkələrində Amerika hərbi bazalarının mövcudluğu sual altına düşəcək. Brüssel həmçinin ABŞ məhsullarına tarifləri tətbiq edə, vergiləri artıra və Birləşmiş Ştatların texnologiya şirkətlərinə qarşı qaydaları sərtləşdirə bilər.