Zelenski: Rusiya ötən gecə Ukraynaya 300-ə yaxın dronla hücum edib Dünya

Zelenski: Rusiya ötən gecə Ukraynaya 300-ə yaxın dronla hücum edib

Rusiyanın ötən gecə Ukraynaya hücumunda 300-ə yaxın dron, 18 ballistik raket və 7 kruz raketindən istifadə olunub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Zelenski hücumların əsas hədəfinin enerji təchizatı olduğunu bildirib.

“Təəssüf ki, yaşayış obyektlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. Dnepr, Jitomir, Zaporojye, Kiyev, Odessa, Xarkov, Donetsk bölgələri hücuma məruz qalıb”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Xarkova endirilən zərbələr nəticəsində 4 nəfər ölüb, Kiyevdə yüzlərlə ailə işıqsız qalıb.

Ukrayna lideri beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək göstərməyə çağırıb: “Biz ABŞ və Avropa ilə razılaşdırılmış yardım paketlərinin çatıdırılmasının sürətləndirilməsini gözləyirik”.