Polşa Qrenlandiya məsələsində Aİ, Danimarka və ABŞ arasında vasitəçilik etmək niyyətindədir Dünya

Polşa Qrenlandiya məsələsində Aİ, Danimarka və ABŞ arasında vasitəçilik etmək niyyətindədir

Varşava Qrenlandiya məsələsində Danimarka, Avropa İttifaqı və ABŞ arasında əlaqələndirici rolunu oynamağa çalışır.

Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış TVN24-də məlumat verib.

"Polşa Aİ, Danimarka və ABŞ arasında əlaqələndirici rolunu oynayacaq. Tərəfləri əməkdaşlığa inandıracağıq", - o deyib.

Qeyd edək ki, Polşa prezidenti Karol Navrotski Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşdən sonra Danimarka və ABŞ arasında Qrenlandiya məsələsinin diplomatik həllinin tərəfdarı olduğunu bildirib.