16:27
623
“Gömrük yığımlarında dəyişikliklər qüvvəyə minməzdən əvvəl bazarda süni qiymət artımının və işbazlığın qarşısının alınması daha məqsədəuyğun olardı”.
Bunu İqtisadçı ekspert Günay Hüseynova Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bəzi hallarda məhsullar anbarda saxlanılaraq sonradan baha qiymətə satışa çıxarılır, real olmayan fakturalarla formal alqı-satqılar həyata keçirilir, eyni məhsul müxtəlif şirkətlər arasında süni şəkildə əl dəyişdirərək qiyməti şişirdilir: “Bu cür halların qarşısının alınması Dövlət Vergi Xidmətinin nəzarət mexanizmləri çərçivəsində təmin edilməlidir. Gömrük yığımlarının artması fonunda tikinti bazarında qiymət artımının qarşısını almaq real mexanizmlər baxımından çətindir. “Tikinti sektorunda yüksək tələbat var və mənzil bazarında qiymətlər davamlı olaraq yüksəlir. Tələbat olduğu halda məhsulun qiymətinin 150 yox, 200 manat olması belə bazarda alıcının olmasına mane olmur.Tətbiq olunan rüsumlar idxal məhsullarına şamil edildiyi üçün əsas çıxış yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu istiqamətdə yerli istehsalçılar üçün vergi və sığorta güzəştlərinin tətbiqi, eyni zamanda sosial mənzil layihələrinin genişləndirilməsi qiymət artımının təsirini qismən azalda bilər.
Alternativ bazarlara yönəlmənin isə real çıxış yolu olmadığını deyən G.Hüseynova əlavə edib ki, keyfiyyət amili və illərdir formalaşmış ticarət əlaqələrindən imtina sahibkarlar üçün asan deyil:
“İqtisadçı ekspert hesab edir ki, hazırkı mərhələdə ən real çıxış yolu ipoteka mexanizmlərinin və uzunmüddətli kredit imkanlarının genişləndirilməsidir: “Artan qiymətlər fonunda nağd ödənişlə daşınmaz əmlak almaq çətinləşib. Bu baxımdan yaxın dövrdə daha güzəştli ipoteka və kredit şərtlərinin tətbiqi zəruri görünür.”
Günel Elxan