Paşinyan Ermənistanın Aİ və Aİİ arasında seçimindən danışıb: xalqın iradəsinə buraxacağıq
Rusiya qoşunları Ukraynanın Sumı vilayətində yeni yaşayış məntəqəsi ələ keçirib
Türkiyə həm İran, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır
Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb
12:38
679
TRIPP layihəsi hələ də Ermənistan və ABŞ-ın biznes layihəsi olaraq qalır.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda mətbuat konfransında bildirib.
“Rusiyanın layihədə iştirakı müzakirə edilməyib. Layihənin məqsədi Rusiyanı regiondan çıxarmaq deyil. Ermənistan ərazisində Rusiya müxtəlif infrastruktur obyektlərində, o cümlədən dəmir yolu sahəsində təmsil olunur, lakin TRIPP layihəsində onun iştirakı nəzərdə tutulmayıb. Lakin gələcəkdə marşrutun davamı və ya digər əlaqəli layihələr çərçivəsində əməkdaşlıq mümkündür”, - Mirzoyan deyib.
O Azərbaycanla bərabər Türkiyə ilə də sərhədlərin açılmasının vacibliyi vurğulayaraq diqqətə çatdırıb ki, təkcə Ermənistan-Azərbaycan sərhədinin açılması ilə Asiya-Avropa İttifaqı arası böyük koridorun yaradılmasına səbəb olmayacaq və Ermənistanın təcridinin aradan qaldırılması üçün kifayət etməyəcək.
Mirzoyan qeyd edib ki, Türkiyə ilə konstruktiv dialoq uzun müddətdir davam edir və yaxın gələcəkdə əhəmiyyətli irəliləyiş gözlənilir:
“Ankaranın regionun tədricinin aradan qaldırılması və inkişafında iştirakı məntiqlidir, lakin bu, TRIPP layihəsinə aid deyil”.