15 Yanvar 15:09
08:17
609
İlk “Tramp” sinfinə aid yeni döyüş gəmisinin tikintisi ABŞ-a 22 milyard dollara başa gələ bilər.
Bu barədə “Bloomberg“ Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadən məlumat yayıb.
Son xərc gəminin həcmi, heyət üzvü və silahları ilə bağlı bir neçə gözlənilən qərardan asılı olacaq.
Minimum qiymət 15,1 milyard dollar olaraq göstərilsə də, xərcin sonda 22 milyard dollara qədər yüksəlməsi mümkündür.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi təyyarədaşıyan gəmi olan “Gerald R. Ford”dur. 2017-ci ildə istismara verilən gəminin inşası ABŞ-a təxminən 13 milyard dollara başa gəlib.