İsrailə dronla silah keçirmək cəhdinin qarşısı alındı (FOTO) Dünya

İsrailə dronla silah keçirmək cəhdinin qarşısı alındı (FOTO)

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Misirdən dronlar vasitəsilə silah qaçaqmalçılığının qarşısını alıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səmada iki dronun aşkarlanmasından sonra hərbçilər əraziyə gələrək onları ələ keçirib və qaçaqmalçılıq cəhdinin qarşısını alıb.

Nəticədə altı ədəd ABŞ istehsalı olan “M-16” silahı müsadirə olunub.

“M16” ABŞ-də 1960-cı illərdə hazırlanmış 5.56×45 mm NATO kalibrli avtomatdır və əvvəlcə ABŞ Silahlı Qüvvələrinin əsas piyadə silahı kimi qəbul edilib. Bu silah uzun illər ərzində bir çox ölkələrin ordularında istifadə olunmuş və sonradan M4 karabini kimi müasir variantların əsasını təşkil etmişdir.

İsrailə dronla silah keçirmək cəhdinin qarşısı alındı (FOTO)