İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
16:16
665
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “Artemida” proqramı çərçivəsində ilk pilotlu Ay missiyası üçün Orion kosmik gəmisi və onu daşıyan SLS ağır raket-daşıyıcısının hazırlıq işlərini tamamlayıb.
Bu barədə agentlik “X” səhifəsində məlumat yayıb.
““Artemida 2” missiyasının buraxılışına cəmi bir neçə həftə qalır. Bu missiya çərçivəsində biz astronavtları Ay ətrafında uçuşa göndərəcəyik - indiyədək kimi istənilən ekipaj üçün əlçatmaz olmuş uzaqlığa”,- paylaşımda qeyd olunur.
NASA-da bildirilib ki, dörd astronavt sistemlərin yoxlanılması məqsədilə Ay ətrafında on günlük uçuş həyata keçirəcək. Bu sınaqlar gələcəkdə insanların “Artemida 3” missiyası çərçivəsində Ay səthinə qayıdışını təmin edəcək texnologiyaların etibarlılığını qiymətləndirməyə imkan verəcək.