15:35
959
Fransa Prezidenti Emmanuel Makron Qrenlandiya ətrafındakı vəziyyəti və bir sıra digər beynəlxalq məsələləri müzakirə etmək üçün Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın "BFMTV" telekanalı məlumat yayıb.
Bəyanatda deyilir: "Emmanuel Makron 19 yanvar Bazar ertəsi günü günorta saatlarında Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını çağıracaq. İclasda Qrenlandiya, Suriya və İrandakı vəziyyət də daxil olmaqla beynəlxalq məsələlər müzakirə olunacaq".
Telekanal qeyd edir ki, bu görüş Müdafiə Şurasının ötən cümə axşamı eyni məsələlər üzrə təcili olaraq çağırılmış əvvəlki iclasından bir neçə gün sonra baş tutacaq.
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə cavab olaraq, Fransa və digər yeddi Aİ ölkəsi adaya təlimlər üçün qoşun göndərib və bu, Amerika prezidentini qəzəbləndirib. O, onları tariflərlə hədələyib, lakin avropalılar şantajlara təslim olmayacaqlarını və ona qarşı "ticarət bazukası" da daxil olmaqla əks tədbirlər hazırladıqlarını bildirirlər.
Məryəm Quliyeva