17:49
770
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Amerika liderinin Qrenlandiya ilə bağlı hərəkətlərini başa düşmədiyini bildirən bir mesajını paylaşıb.
Xalqcebhesi.az xəbər verir ki, paylaşım Ağ Ev sahibinin Truth Social sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Fransa prezidenti yazıb: "Dostum, Suriya ilə bağlı eyni vizyonu paylaşırıq və İranda böyük işlər görə bilərik. Lakin Qrenlandiyada nə etdiyinizi başa düşmürəm".
O, həmçinin Trampı bu həftə Parisdə şam yeməyinə dəvət edib. Əgər Amerika lideri razılaşarsa, görüş yanvarın 22-də keçiriləcək.
Məryəm Quliyeva