09:51
903
ABŞ prezidenti Donald Trampı daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş etdikdən sonra Sürixə yola düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Amerika lideri daha kiçik bir təyyarəyə keçib. Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıtmaq qərarı təyyarədəki elektrik avadanlıqlarında problemlər aşkar edildikdən sonra verilib.
Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Məryəm Quliyeva