Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Kallas: Aİ Qrenlandiyaya görə ABŞ-la "mübarizəyə başlamaq" niyyətində deyil
Türkiyə müdafiə naziri ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşdü
16:05
679
Ukrayna Prezidenti Volodimir Zelenski hələlik Ukraynada qaldığını və Dünya İqtisadi Forumu üçün Davosa getmədiyini bildirib.
APA “UNİAN“-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti hazırda enerji sahəsindəki vəziyyətə görə bütün xidmətlərin işini koordinasiya etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu "ən vacib prioritetdir" və o, "İqtisadi Forumu yox, Ukraynanı seçir".
Zelenski rifah və təhlükəsizlik zəmanəti planının "iki çox vacib sənəd" olduğunu və işlərin demək olar ki, tamamlandığını vurğulayıb.
Onun fikrincə, Davosa səfər sənədlər hazır olduqda və ya enerji paketləri və əlavə hava hücumundan müdafiə ilə bağlı həllər ortaya çıxdıqda mümkündür.