15:29
644
“ABŞ sabiq Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşləri adətən konstruktiv və açıq keçib”.
Bunu politoloq Əhəd Məmmədli Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, Tramp özü də, nümayəndələri də Putinlə görüşəndə saatlarla davam edən danışıqlar gülərüz və rahat atmosferdə baş tutur. Hətta yemək və çay fasilələrində də lətifələr, yumor mövcuddur. Zelenski ilə isə vəziyyət fərqlidir — görüşlər daha gərgin, qısa və ciddi şəkildə keçirilir.Tramp Rusiya–Ukrayna müharibəsini “yük” kimi qiymətləndirir və mümkün qədər tez bitirmək istəyir.Trampın məqsədi Ukraynanı bölmək deyil, münaqişəni dayandırmaq və Rusiyayla Amerika arasında müəyyən razılaşmaları təmin etməkdir. Lakin Ukrayna bu plana qarşı çıxır. ABŞ və Rusiya arasında isə ilkin razılıqlar artıq mövcuddur.Tramp Putini beynəlxalq izolyasiyadan çıxarmağa çalışır. Putin uzun müddət beynəlxalq tədbirlərdən uzaq qalıb və əsasən post-sovet məkanı ilə məhdud diplomatik əlaqələr qurur. Trampın strategiyası Putini dünya arenasına qaytarmaq, beynəlxalq təşkilatlarda və qlobal tədbirlərdə iştirakını təmin etməkdir. Bu isə Rusiyanın strateji qələbəsi olacaq”.
Ə.Məmmədli yekun olaraq vurğulayıb ki, Tramp Putinə müəyyən diplomatik güzəştlər verir: “Tramp Putinə istədiklərini minimum səviyyədə təqdim edir, amma Zelenski hələlik buna qarşı müqavimət göstərir. Gələcəkdə Ukrayna müqaviməti zəiflədikcə, Rusiya və ABŞ arasında digər məsələlərdə də razılaşmalar mümkün ola bilər, xüsusilə Trampın dövründə”.
Günel Elxan