İndoneziyada torpaq sürüşməsi zamanı 7 nəfər ölüb Dünya

İndoneziyada torpaq sürüşməsi zamanı 7 nəfər ölüb

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi olub.

APA “Reuters“ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.

Bildirilib ki, ərazidə güclü yağışlar müşahidə olunur.

Torpaq sürüşməsi Qərbi Bandung bölgəsində yerləşən bir kənddə baş verib.