İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib
Azərbaycan - Qlobal enerji zəncirinin vacib iştirakçılarından biri kimi
İran Küveyt və Bəhreynin ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını bildirir
Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
3 Aprel 11:12
5 061
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetində təşkil olunacaq.
Konfransda hər iki ölkədən yüksək səviyyəli dövlət və ictimai xadimlər, parlament nümayəndələri, akademiklər və tanınmış alimlər iştirak edəcək. Bununla yanaşı, elm və təhsil müəssisələrinin nümayəndələri, tədqiqatçılar və tələbələr də tədbirin fəal iştirakçıları sırasında yer alacaqlar.
Açılış mərasimində çıxış edəcək rəsmi şəxslər və elmi dairələrin nümayəndələri dahi söz ustadları Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin ədəbi irsindən bəhs edəcək, onların yaradıcılığında əks olunan ortaq dəyərləri və Türk dünyasının mədəni inkişafına verdikləri töhfələri diqqətə çatdıracaqlar.
Konfrans çərçivəsində klassik ədəbiyyatın aktual problemlərinə həsr olunmuş məruzələr dinləniləcək. Nizami və Nəvai yaradıcılığında humanist-fəlsəfi ideyalar, türk düşüncə sistemi, ədəbi ənənələrin qarşılıqlı təsiri və bu irsin müasir dövrdə aktuallığı geniş müzakirə olunacaq.
Eyni zamanda, tədbirdə Azərbaycan və Özbəkistan ədəbiyyatı arasında paralellər, ortaq ədəbi motivlər və tarixi-mədəni əlaqələr kontekstində aparılan tədqiqatların nəticələri də elmi ictimaiyyətə təqdim ediləcək.
Bu beynəlxalq konfrans yalnız elmi fikir mübadiləsi deyil, həm də Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilir.
2 İyun 20:00
5 481
1 İyun 18:57
1 743
1 İyun 16:22
1 778