11:27
644
“Regionda baş verən proseslər – həm İranda olan müharibə, həm Ukraynada olan müharibə onu göstərir ki, təhlükəsizlik problemləri hazırda dövlətlər qarşısında ən vacib problemlərdir. Azərbaycan da təhlükəsizlik çağırışlarını gücləndirməyi türk dövlətləri arasında daha sıx inteqrasiya, daha sıx əməkdaşlıq yaradılmasında görür. Təsadüfi deyil ki, Naxçıvan ərzisinə dron hücumu olanda türk dövlətləri dərhal reaksiya verdi və Türkiyədə xarici işlər nazirlərinin sammiti oldu”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Deputat qeyd edib ki, Bakıda baş tutan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin sammiti bir daha göstərir ki, türk dövlətləri vahid məkan kimi inteqrasiya etmək, bir-birilərinə dəstək olmaq istəyirlər: “Müasir dövrdə bu, çox vacibdir. Azərbaycan özünü türk dünyası ailəsində görür və eyni zamanda, biz çalışırıq ki, türk dövlətləri arasında əməkdaşlıq kağız üzərində yox, daha praktik olsun. Xüsusilə yeni sahələrdə, müdafiə sənayesində, hərbi sənayedə, təhlükəsizlik sahəsində sıx əməkdaşlıq olsun. Mən keçirilən bu sammitə müsbət baxıram və hesab edirəm ki, bu, bizim dövlətlərin təhlükəsizliyinin qorunmasına, güclənməsinə daha böyük töhfə verəcək”.
Röya İsrafilova