Bank əmanətçilərinin depozit gəlirləri 19% artıb İqtisadiyyat

Bank əmanətçilərinin depozit gəlirləri 19% artıb

Bu ilin fevral ayında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 235 milyon manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% və ya 37.4 milyon manat artıb. 2025-ci ilin fevral ayında banklar 197.6 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari ilin mart ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% və ya 546,4 milyon manat azalaraq 37 milyard 290.7 milyon manat təşkil edib.

Xatırladaq ki, fevralda Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 886.7 milyon manat faiz gəliri əldə ediblər.