Rubio və əl-Sudani İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılmasını müzakirə ediblər Dünya

Rubio və əl-Sudani İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılmasını müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani telefon danışığı zamanı İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılması məsələsini müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot məlumat verib.

"Katib İraq hökumətini Suriyanın şimal-şərqindəki son qeyri-sabitlikdən sonra İraqdakı obyektlərin təhlükəsizliyini təmin etmək üçün İŞİD üzvlərinin köçürülməsi və saxlanılmasını sürətləndirməkdəki təşəbbüsü və liderliyinə görə tərifləyib", - məlumatda deyilir.