Gələcəyin lider modeli: dəyişən dünyada liderliyin yeni mənası
İsrail xarici işlər naziri Ceyhun Bayramovu İsrailə səfərə dəvət edib
Ceyhun Bayramov: Qəzza zolağında atəşkəsin davamlı olmasının tərəfdarıyıq
Azərbaycanla İsrail arasında qarşılıqlı uçuşların sayı artacaq
XİN: İsrailli iş adamları ilə Mərkəzi Asiya bazarına çıxış müzakirə edilib
12:26
644
İsrailin xarici işlər naziri Gideon Saar Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
APA xəbər verir ki, bu barədə nazirin “Facebook” səhifəsində məlumat verilib.
"Qarabağ müharibələrində həlak olanların, eləcə də “Qara Yanvar” qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarət zamanı Birinci Qarabağ müharibəsində tank zabiti kimi xidmət edərkən həlak olmuş yəhudiəsilli əsgər Albert Aqarunovun məzarı üzərinə və Bakıdakı Zəfər parkına əklil qoydum.
Albert Aqarunov vəfatından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib və Şəhidlər xiyabanında dəfn olunub. Onun dəfn mərasimində ravvinlərlə yanaşı müsəlman din xadimləri də iştirak ediblər”, - nazirin sosial şəbəkə hesabında bildirilib.