Tramp Epşteynin adasına getməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib Dünya

Tramp Epşteynin adasına getməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib

ABŞ prezidenti Donald Tramp pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynə məxsus şəxsi adada heç vaxt olmadığını vurğulayıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu açıqlama ilə Cənubi Afrikalı komediyaçı və “Qremmi” mükafatının aparıcısı Trevor Noanın mərasim zamanı Trampın və keçmiş ABŞ prezidenti Bill Klintonun guya Epşteynin adasında olması ilə bağlı zarafatına reaksiya verib.

“Bill üçün danışa bilmərəm, amma mən nə Epşteynin adasında olmuşam, nə də onun yaxınlığında. Bu gün səsləndirilən yalan və böhtan xarakterli iddiaya qədər, hətta saxta media belə məni heç vaxt orada olmaqda ittiham etməyib,” – deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Tramp aparıcını dediklərinə görə məhkəməyə verəcəyi ilə hədələyib. “Görünür, bu yazıq, acınacaqlı, istedadsız və küt aparıcıya qarşı vəkillərimi göndərib iddia qaldırmalı və bundan bir yığın pul tələb etməli olacağam. Hazırlaş, Noa, mən səninlə əylənəcəyəm!” – deyə ABŞ lideri bildirib.

Məryəm Quliyeva