Peskov: Rusiya İran ətrafındakı gərginliyi azaltmağa hazırdır Dünya

Peskov: Rusiya İran ətrafındakı gərginliyi azaltmağa hazırdır

İrandan Rusiyaya zənginləşdirilmiş uranın daşınması mövzusu uzun müddətdir gündəmdədir və Moskva bütün maraqlı tərəflərlə əlaqələri davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib və vurğulayıb ki, Moskva İran ətrafındakı gərginliyin azaldılmasına bundan sonra da töhfə verməyə hazırdır.

“Bu mövzu çoxdan gündəmdə olub. Rusiya uzun müddətdir ki, bu xidmətləri bir sıra ölkələr üçün müəyyən qıcıqlandırıcı amilləri aradan qaldıracaq mümkün həll yolu kimi təklif edir. Hazırda Rusiya səylərini davam etdirir, bütün maraqlı tərəflərlə əlaqələr saxlayır və mümkün qədər İran ətrafında gərginliyin azaldılmasına töhfə verməyə hazırdır”, - deyə Peskov İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınması ehtimalının ABŞ və İranla müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.

Məryəm Quliyeva