Azərbaycan liderinin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB
İranda SEPAH-ın kəşfiyyat rəhbərinin həlak olduğu bildirilib
Araqçı İranın enerji infrastrukturuna hücumlara cavab veriləcəyinə söz verib
"Gürcü Arzusu"nun deputatı: Gürcüstan-Azərbaycan münasibətləri daha da möhkəmlənib
3 Fevral 08:55
1 764
Avstraliya, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri də daxil olmaqla 20 İran vətəndaşına sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun açıqlamasında bildirilib.
"Avstraliya hökuməti 20 İran vətəndaşına və üç qurumuna qarşı əlavə sanksiyalar tətbiq edir. Yeni sanksiyalar İran xalqına zülm etməkdə, daxili etirazların qəddarcasına yatırılmasında və həm İran daxilində, həm də xaricində həyatlara təhdid yaratmaqda iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli üzvlərinə aiddir", - Vonq bildirib.
Nazir həmçinin Avstraliyanın indiyə qədər 300-dən çox İran vətəndaşına və qurumuna sanksiyalar tətbiq etdiyini açıqlayıb.