Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
6 Aprel 11:35
3 024
Yaponiya şirkətləri ilə əlaqəli sayca üçüncü gəmi Hörmüz boğazından keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət Yaponiyanın "Mitsui O.S.K. Lines" şirkətinin Hindistanda qeydiyyatdan keçmiş törəmə müəssisəsinə məxsus gəmidən gedir. Beləliklə, ABŞ və İsrailin İrana zərbələr endirməyə başladığı vaxtdan bəri bu gəmi Yaponiya şirkətləri ilə əlaqəli olan və boğazdan sağ-salamat keçən üçüncü gəmi olub. Daha əvvəl eyni korporasiyaya ("Mitsui O.S.K. Lines") məxsus yük daşıyan iki gəmi boğazdan keçmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl "Kyodo" agentliyinə müsahibəsində bildirmişdi ki, Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə "icazə verməyə hazırdır".
Məryəm Quliyeva
30 İyun 17:36
1 533
30 İyun 16:28
1 253
30 İyun 16:25
1 302