Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb Dünya

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

Ukrayna ordusu bazar ertəsi gecə saatlarında qondarma “Luqansk Xalq Respublikası”nda “Biloriçenska” kömür şaxtasına zərbə endirib, nəticədə 41 mədənçi yerin altında qalıb.

“Reuters“in xəbərinə görə, bu barədə qondarma “LXR”-in rəsmisi bildirib.

Hazırda sözügedən ərazidə xilasetmə işlərinin aparıldığı qeyd olunub.

Mədənçilərlə əlaqənin yaradıldığı, onların içməli su ehtiyatının olduğu bildirilib.

Ukrayna tərəfi məsələyə dair hər hansı şərh verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb.