AYNA: Avtobusların hərəkətində ləngimələr yarana bilər Hadisə

AYNA: Avtobusların hərəkətində ləngimələr yarana bilər

Paytaxtın bəzi küçə və prospektlərində yaranmış çətinliklərlə bağlı avtobusların hərəkətində müəyyən ləngimələr yarana bilər.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Hərəkət iştirakçılarına ehtiyatlı olmalarını və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik", - deyə məlumatda qeyd edilib.