Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan münasibətləri digər ölkələr üçün nümunə ola bilər
Prezident: Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir
Azərbaycan Prezidenti: Bu gün Cənubi Qafqaz sülh, təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrilir
Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar
11:13
798
Aprelin 4-dən başlayaraq ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir.
Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Yağan yağışlar isə bir sıra fəsadlar törədib.
Qeyd edilib ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər.
Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində də subasma halları müşahidə edilir. Həmin yerlərdə də şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yağan yağış ətraf mühitə də ziyan verib. Belə ki, aprelin 5-də axşamdan aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları da müşahidə edilib. Bununla bağlı ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək aşan ağacların götürülməsini təmin edib, lazımi tədbirlər görüblər.
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.
Qeyd edilib ki, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Baki şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.