Tramp 3 fevralda Ağ Evdə Petro ilə görüşəcək Dünya

Tramp 3 fevralda Ağ Evdə Petro ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp 3 fevral çərşənbə axşamı günü, Ağ Evdə Kolumbiya prezidenti Qustavo Petro ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin iş cədvəlində məlumat verilib.

Ağ Evin mətbuat xidmətinin bazar ertəsi yayımladığı sənədə görə, Tramp Petro ilə Oval Ofisdə görüşəcək.

Görüş jurnalistlər üçün qapalı olacaq.