SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
3 Fevral 09:54
2 765
ABŞ–İran gərginliyində təhdidlər və qarşılıqlı sərt bəyanatlar davam edərkən, İran tərəfindən gözlənilməz bir açıqlama gəlib. İran rəsmiləri zənginləşdirilmiş uranı Rusiyaya verməyə razı ola biləcəklərini bildiriblər.
ABŞ–İran gərginliyində yeni inkişaf yaşanıb. Xalqcebhesi.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumata görə, İran zənginləşdirilmiş uranını Rusiyaya verməyə razı ola biləcəyinə dair siqnal verib. Rəsmilər bu mesajı Rusiya Prezidenti Vladimir Putinə çatdırdıqlarını açıqlayıblar.
Məlumata görə, iranlı rəsmilər belə deyiblər:
“Biz nüvə proqramımızı dayandırmağa və ya müvəqqəti olaraq dayandırmağa hazırıq. Zənginləşdirilmiş uranımızı Rusiyaya verməyə razı ola bilərik. Bu mesajı Putinə gedərək çatdırdıq.”
Kremlin sözçüsü Dmitri Peskov isə açıqlamasında Rusiyanın İran ətrafındakı gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulayıb.
Peskov bildirib ki, bu çərçivədə Rusiyanın daha əvvəl də gündəmə gətirdiyi – İranda zənginləşdirilmiş uranın Rusiyaya gətirilərək mülki nüvə reaktorları üçün yanacağa çevrilməsi təklifi hələ də qüvvədədir. Onun sözlərinə görə, sözügedən təklif nüvə gərginliyinin azaldılmasına yönəlmiş mümkün variantlardan biri kimi dəyərləndirilir və Rusiya diplomatik səylərini davam etdirir.
Məryəm Quliyeva
3 Aprel 17:30
1 239
3 Aprel 17:02
1 652
3 Aprel 15:34
1 610