21:57
707
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
APA "The Times of Israel"ə istinadən xəbər verir ki, Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, sənəd İsrailin Milli Süni İntellekt Direktorluğunun rəhbəri, ehtiyatda olan general Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən Yerusəlimdə, İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə imzalanıb.
Baş nazirin ofisinin açıqlamasında qeyd olunub ki, tərəflər süni intellekt vasitəsilə mövcud əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməyi planlaşdırır.
Bildirilib ki, tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək.
Biz bu sahədə aparıcı ölkələr sırasında olmalı olduğumuzu təmin etməliyik. Düşünürəm ki, birlikdə daha çox iş görə və bunu daha yaxşı şəkildə həyata keçirə bilərik”, - tədbirdə çıxışı zamanı Netanyahu deyib.