Tramp Si Cinpinin ilin sonuna qədər Vaşinqtona səfər edəcəyini bildirib Dünya

Tramp Si Cinpinin ilin sonuna qədər Vaşinqtona səfər edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin ilin sonuna qədər Vaşinqtona səfər edəcəyini gözləyir.

Tramp bu barədə “NBC News”a verdiyi müsahibədə məlumat verib.

"Mən aprel ayında orada olacağam. Sonra isə Si Cinpin ilin sonuna qədər Ağ Evdə olacaq. Əsas məsələ odur ki, mənim onunla yaxşı münasibətlərim var, onun da mənimlə yaxşı münasibətləri var", - Tramp deyib.