11:23
644
Pakistanın təhlükəsizlik qüvvələrinin Bəlucistan bölgəsində terrorçulara qarşı əməliyyatı sona çatıb.
APA Pakistan mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 216 terrorçu məhv edilib.
Bununla yanaşı, əməliyyat zamanı qadın və uşaqlar daxil olmaqla, 36 mülki şəxs və təhlükəsizlik qüvvələrindən 22 nəfər həlak olub.
Qeyd edək ki, ötən həftə “Bəlucistan Azadlıq Ordusu” adlı separatçı qruplaşma Bəlucistanda koordinasiyalı şəkildə terror aktları törədib.