14:58
630
Pakistanın paytaxtı İslamabadda baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb.
APA "Dawn"a istinadən xəbər verir ki, partlayış nəticəsində 169 nəfər yaralanıb.
***
14:03
Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb.
APA Geo TV-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
***
13:34
Pakistanın paytaxtı İslamabadda partlayış olub.
APA yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.
Partlayış dini ayinin icra olunduğu məkanda baş verib.